"Fulhem"in üzvü Xorxe Kuenka karyerasını Portuqaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisiylə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Portuqaliya nəhəngi yaxından maraqlanır. Söhbət "Benfika"dan gedir. 25 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, ispaniyalı ötən mövsüm meydana çıxdığı 12 oyunda fərqlənə bilməyib.
Sport1.az