"Hoffenhaym" Erencan Yardımcı ilə yollarını ayırmaq niyyətindədir.
Sport1.az xəbər verir ki, komandasıyla 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçuya Almaniya klubundan maraq var. Söhbət hazırda Bundesliqa 2-də çıxış edən "Ayntraxt Braunşveyqa"dan gedir. 23 yaşlı forvardın transfer dəyəri 2,5 milyon avrodur.
Maraq üçün bildirək ki, hücumçu "Qalatasaray"ın yetirməsi olub.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Ştrum"da keçirən türkiyəli meydanda olduğu 24 qarşılaşmada 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az