"Bolonya" Dan Ndoy ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisiylə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla 2 klub maraqlanır. Söhbət "Napoli" və "Nottinqem Forest"dən gedir.
24 yaşlı sağ cinah vingerinin hazırda transfer dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, isveçrəli ötən mövsüm 41 oyunda 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az