Kennedi Boatenq karyerasını Azərbaycanda davam etdirə bilər.Sport1.az xəbər verir ki, bu haqda Rumıniya mətbuatı xəbər yayıb. Komandasıyla gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla Premyer Liqa klubundan maraq var. Söhbət "Neftçi"dən gedir. 28 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 1 milyon avrodur.
Qeyd edək ki, toqolu "Dinamo"nun heyətində ötən mövsüm meydana çıxdığı 31 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az