"Real Betis" Fran Vieytes ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, İspaniya təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla İran nəhəngindən maraq var.
Söhbət "Traxtor"dan gedir. 26 yaşlı qolkiperin hazırda transfer dəyəri 2 milyon avrodur.
Qeyd edək ki, ispaniyalı ötən mövsüm meydana çıxdığı 16 oyunda 4 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az