"Borussiya” (Dortmund) Ciovanni Reyna ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Bundesliqa təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla 2 klub yaxından maraqlanır. Söhbət "Parma" və "Los Anceles"dən gedir. 22 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 7 milyon avrodur.
Qeyd edək ki, amerikalı ötən mövsüm meydana çıxdığı 26 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az