"Adana Demirspor"un üzvü Deniz Dönmezer karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Adana təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatan qapıçı 3 Premyer Liqa nəhənginin maraq dairəsindədir. Söhbət "Mançester Siti", "Liverpul" və "Çelsi"dən gedir.
16 yaşlı qolkiperin hazırda transfer dəyəri 1 milyon avrodur.
Qeyd edək ki, türkiyəli ötən mövsüm meydana çıxdığı 20 oyunda 1 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az