"Lyon" Cordan Veretu ile yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Fransa təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla Qətər klubu yaxından maraqlanır.
Söhbət "Əl-Arabi"dən gedir. 32 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, fransalı ötən mövsüm meydana çıxdığı 38 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az