"Brentford" Yoan Vissa ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, İngiltərə təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla Premyer Liqa klubu yaxından maraqlanır. Söhbət "Nyukasl"dan gedir. 28 yaşlı forvardın hazırda transfer dəyəri 32 milyon avrodur.
Qeyd edək ki, fransalı ötən mövsüm meydana çıxdığı 39 oyunda 20 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az