"Sportinq"in üzvü Qabriel Teyşeyra yenidən öz ölkəsinə qayıda bilər.Sport1.az xəbər verir ki, futbolçu ilə üç Braziliya klubu yaxından maraqlanır. Söhbət "Vasko de Qama", "Atletiko Minenyro", "Sao Paulo"dan gedir.
24 yaşlı sol cinah vingerinin hazırda transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, braziliyalı ötən mövsüm meydana çıxdığı 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az