"Monako"nun üzvü Manes Akliuş karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, fransalı ilə "Liverpul" yaxından maraqlanır. Onun knyazlıq təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədərdir. Sol cinah vingerinin hazırda transfer dəyəri 45 milyon avrodur.
Qeyd edək ki, Manes Akliuş bu mövsüm meydana çıxdığı 43 oyunda 7 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az