"Borrusiya"nın (Dortmund) üzvü Ceymi Qittens karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, sol cinah vingeri ilə "Çelsi" yaxından maraqlanır. İngiltərəlinin Bundesliqa təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi var. 20 yaşlı futbolçunun transfer dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, Qittens ötən mövsüm meydana çıxdığı 48 oyunda 12 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az