"Boka Xuniors" Marselo Saraççi ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, komandası ilə 2027-ci ilin dekabrına qədər müqaviləsi olan futbolçuya Argentinadan başqa təklif var.
Söhbət "İndependiente"dən gedir. 27 yaşlı sol cinah müdafiəçisinin hazırda transfer dəyəri 1,5 milyon avrodur.
Maraq üçün bildirək ki, M.Saraççi 2019/20 mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edib. Uruqvaylı ötən mövsüm meydana çıxdığı 11 oyunda 1 qolla fərqlənməyi bacarıb.
Sport1.az