Sindre Eqeliyə maraq rəsmi təklifə çevrilə bilər.
Sport1.az xəbər verir ki, "Norşellann" klubunun 19 yaşlı sağ cinah hücumçusu Sindre Valle Eqeli "Fənərbağça"nın diqqətindədir. 2028-ci ilə qədər müqaviləsi olan norveçli futbolçunun transfer dəyəri 15 milyon avrodur. O, ötən mövsüm 33 oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az