Malik Fofananın “Lion”dan ayrılmaq ehtimalı gündəmdədir.
Sport1.az xəbər verir ki, Fransa təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan 20 yaşlı belçikalı sol cinah oyunçusu altı klubun maraq dairəsinə düşüb. “Bavariya”, “Napoli”, “Nottinqem Forest”, “Çelsi” və “Liverpul”un Fofana üçün transfer planı hazırladığı bildirilir.
Qeyd edək ki, Fofana ötən mövsüm 41 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı transfer dəyəri 30 milyon avrodur.
Sport1.az