PSJ-nin üzvü Kolo Muani karyerasını icarə əsasında Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, "Fənərbağça" forvardla yaxından maraqlanır. Hücumçunun Paris təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi var.
Maraq üçün bildirək ki, PSJ 2023/24 mövsümündə futbolçunun transferi üçün "Ayntraxt"a 95 milyon avro təzminat ödəmişdi. Futbolçunun hazırda transfer dəyəri 30 milyondur.
Qeyd edək ki, mövsümün yarısından "Yuventus"da çıxış edən fransalı cari "futbol ilin"də meydana çıxdığı 33 oyunda 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az