Xuan Mariunun karyerasında yeni səhifə açıla bilər.
Sport1.az xəbər verir ki, “Porto” ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan 25 yaşlı sağ cinah müdafiəçisi “Yuventus”un maraq dairəsinə düşüb. Turin təmsilçisi portuqaliyalı futbolçunu heyətinə qatmaq üçün ilkin qiymətləndirmə aparır.
Qeyd edək ki, Mariu ötən mövsüm 45 oyunda iştirak edib və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri hazırda 10 milyon avrodur.
Sport1.az