"Fənərbağça"nın üzvü Rodriqo Bekao yenidən İtaliyaya qayıda bilər. Sport1.az xəbər verir ki, braziliyalı ilə "Udineze" maraqlanır. Sabiq komandası müdafiəçini geri qaytarmaq niyyətindədir.
Futbolçunun İstanbul təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi var. Onun hazırkı dəyəri 5,5 milyon avrodur.
Qeyd edək ki, Bekao ötən mövsüm meydana çıxdığı 15 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az