Son 3 mövsümdə heyət keyfiyyəti baxımından əzəli rəqibləri "Fənərbağça" və "Qalatasaray"a məğlub olan "Beşiktaş" artıq növbəti "futbol ili" üçün transfer planlamasına start verib.
Sport1.az xəbər verir ki, "Record" bu barədə məlumat yayıb.
Mənbəyə görə, İstanbul nəhəngi "Benfika”da çıxış edən Andreas Şjelderupu heyətinə qatmaq üçün bir addım atıb.
Transfer cəhdlərinə baxmayaraq norveçli sol cinah müdafiəçinin keçidi ilə bağlı irəliləyiş əldə edilməyib.
Qeyd edək ki, sözügedən oyunçu 2023-ci ildən Portuqaliya təmsilçisinin şərəfini qoruyur.
Sport1.az