"Real Sosyedad"ın üzvü Martin Subimendi karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, klubu ilə 2027-ci ilin iyununa qədər müqaviləsi olan futbolçuyla "Arsenal" yaxından maraqlanır.
26 yaşlı ispaniyalının hazırda transfer dəyəri 60 milyon avrodur.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 48 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az