"Qalatasaray" müdafiəçini satmağa hazırlaşır.
Sport1.az-ın yaydığı məlumata görə, Pşemislav Frankovski "Qalatasaray"dan ayrılmağa yaxındır. Müqaviləsi 2028-ci ilə qədər qüvvədə olan polşalı futbolçuya "Yuventus", "Renn" və "Paris" klubları maraq göstərir. 30 yaşlı cinah müdafiəçisinin transfer dəyəri 7 milyon avrodur. Frankovski ötən mövsüm "sarı-qırmızılar"da 15 oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az