"Yuventus"un üzvü Federiko Qatti karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, müdafiəçi ilə "Aston Villa" maraqlanır.
Klubu ilə 2028-ci ilin iyununa qədər müqaviləsi olan 26 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, italiyalı ötən mövsüm meydana çıxdığı 42 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az