"Palmeyras" Riçard Rios ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Braziliya təmsilçisiylə 2028-ci ilin dekabrına qədər müqaviləsi olan futbolçuyla nə az, nə çox 5 klub yaxından maraqlanır.
Söhbət "Roma", "İnter", "Benfika", "Zenit" və "Vest Hem"dən gedir.
16 yaşlı dayaq yarımmüdafiəçisinin hazırda transfer dəyəri 16 milyon avrodur.
Qeyd edək ki, kolumbiyalı ötən mövsüm meydana çıxdığı 36 oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az