"Çelsi"nin üzvü Aksel Disasi karyerasını İspaniyada davam etdirə bilər.Sport1.az xəbər verir ki, "zadəganlar"la 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçuya La Liqa klubundan maraq var.
Söhbət "Vilyarreal"dan gedir. 27 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 22 milyon avrodur.
Qeyd edək ki, fransalı ötən mövsümün yarısında "Aston Villa"ya icarəyə göndərilmişdi. O, bu müddətdə meydana çıxdığı 27 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az