“Benfika”nın oyunçusu 3 klubun diqqət mərkəzinə düşüb.Sport1.az xəbər verir ki, Tomas Arauxo ilə İngiltərə və Fransa klubları maraqlanır. Bu barədə “Foot Mercato” məlumat yayıb.
Portuqaliyalı futbolçunun transferi uğrunda Premyer Liqadan “Liverpul” və “Çelsi”, Liqa 1-dən isə PSJ mübarizə aparır.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi 2024/25 mövsümündə 43 oyuna çıxıb və 1 qola, 3 məhsuldar ötürməyə imza atıb.
Sport1.az