Dortmund “Borrusiyası”nın oyunçusu PSJ-nin “radarı”na düşüb.Sport1.az xəbər verir ki, Fransa nəhəngi Serou Quirassini transfer etməyi planlaşdırır. Bu barədə “BILD” nəşri məlumat yayıb.
Paris klubunun yay “transfer pəncərəsi”ndə 29 yaşlı hücumçunun keçidi üçün qarşı tərəflə danışıqlar aparacağı qeyd olunub.
Xatırladaq ki, Quirassi 2024/25 mövsümündə Dortmund təmsilçisinin forması ilə 44 oyuna çıxıb və 33 qola, 9 məhsuldar ötürməyə imza atıb.
Sport1.az