“Milan”ın oyunçusu Premyer Liqa nəhənginin “radarı”na düşüb.Sport1.az xəbər verir ki, “Mançester Siti” Tiyani Reyndersi transfer etməyi planlaşdırır. Bu barədə “Telegraph” nəşri məlumat yayıb.
“Şəhərlilər”in yay “transfer pəncərəsi”ndə futbolçu üçün qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə “rossoneri”lər ilə 51 oyuna çıxıb və 15 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Sport1.az