“Benfika”nın futbolçusu “Yuventus”un “radarı”na düşüb.Sport1.az xəbər verir ki, “qoca sinyora” Portuqaliya nəhəngindən Flornetino Luis ilə maraqlanır. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Turin klubunun yay “transfer pəncərəsi”ndə 25 yaşlı yarımmüdafiəçi üçün təklif göndərməyi planlaşdırdığı qeyd olunub.
Xatırladaq ki, Florentino 2024/25 mövsümündə “Benfika” forması ilə 40 oyuna çıxıb və 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Sport1.az