Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Real Madrid” İngiltərəyə üz tutub.Sport1.az xəbər verir ki, “kral klubu” “Bornmut”un oyunçusu Dean Huyseni heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə Fabrizio Romano “X” hesabında paylaşım edib.
“Real”ın artıq futbolçunun keçidi üçün danışıqlara başladığı qeyd olunub.
Xatırladaq ki, 20 yaşlı müdafiəçi 2024/25 mövsümündə “Bornmut” forması ilə 34 oyuna çıxıb və 3 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Sport1.az