“Real Madrid”in ulduzu Premyer Liqa nəhənginin “radarı”na düşüb.Sport1.az xəbər verir ki, “Arsenal” Rodriqonu heyətinə cəlb etmək istəyir. Bu barədə İngiltərə mediasında məlumat yayılıb.
“Topçular”ın sözügedən futbolçunun transferi üçün yaxın zamanda danışıqlara başlayacağı qeyd olunub.
Xatırladaq ki, 24 yaşlı hücumçu 2024/25 mövsümündə “Real”ın forması ilə 50 oyuna çıxıb və 13 qola, 10 məhsuldar ötürməyə imza atıb.
Sport1.az