“İnter”in oyunçusu 2 klubun transfer hədəfində yer alıb.Sport1.az xəbər verir ki, “Ayntraxt” və “Bazel” Tomas Palasiosu heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə Fabrizio Romano “X” hesabında paylaşım edib.
Artıq tərəflər 22 yaşlı futbolçu üçün Milan təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, gənc müdafiəçi icarə əsasında “Monza”da çıxış edir. Mövsümün sonunda Palasiosun icarə müddəti başa çatacaq.
Sport1.az