Bir müddət öncə mövsümün sonunda “Lester Siti”dən ayrılacağını açıqlayan Ceymi Vardi Premyer Liqa klubunun diqqət mərkəzinə düşüb.Sport1.az xəbər verir ki, “Vulverhempton” “Lester”in əfsanəsini heyətinə qatmağı planlaşdırır. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
“Canavarlar” Vardini komandaya cəlb etməklə Mateus Kunhanın boşluğunu doldurmağa çalışacaq.
Qeyd edək ki, 38 yaşlı futbolçu 2024/25 mövsümündə 33 oyuna çıxıb və 8 qola, 3 məhsuldar ötürməyə imza atıb.
Sport1.az