Mahir Emreli "Nürnberq"dəki çıxışı ilə Avropa klublarının diqqət mərkəzindədir.Sport1.az xəbər verir ki, yığmamızın üzvü ilə Super Liqa təmsilçilərindən biri yaxından maraqlanır. Söhbət "Samsunspor"dan gedir.
Hazırda çempionatda 32 oyuna 50 xal yığan kollektiv Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Klub rəhbərliyi avrokuboklarda mübarizə aparacaq daha güclü heyət formalaşdırmaq istəyir.
Baş məşqçi Tomaş Rays hücumun sivri ucunda daim oynada biləcək forvard axtarışındadır. Almaniyalı mütəxəssis Mahirin "Nürnberq"dəki çıxışını bəyənir. Bu səbəbdən də klub rəhbərliyindən oyunçunun transfer edilməsini istəyib.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Nürnberq"in heyətində 22 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə edib. 27 yaşlı hücumçunun Almaniya klubu ilə müqaviləsi 30 iyunda başa çatacaq.
Sport1.az