PSJ-nin ulduz futbolçusu birdən-birə 6 klubun “radarı”na düşüb.Sport1.az xəbər verir ki, Qonçalo Ramos ilə İngiltərədən 4, İtaliyadan isə 2 komanda maraqlanır. Bu barədə Fransa mediasında məlumat yayılıb:
Premyer Liqadan “Arsenal”, “Asron Villa, “Mançester Yunayted” və “Nyukasl” 23 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Seriya A-dan isə “Yuventus” və “Napoli” portuqaliyalı oyunçunu diqqət mərkəzində saxlayır.
Qeyd edək ki, Ramos 2024/25 mövsümündə Paris klubu ilə 38 oyuna çıxıb və 18 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Sport1.az