“Liverpul”un ulduzu 6 klubun transfer hədəfində yer alıb.Sport1.az xəbər verir ki, Diaqo Jota İngiltərə və Səudiyyə Ərəbistanı komandalarının diqqət mərkəzinə düşüb. Bu barədə “Caught Offside” məlumat yayıb.
“Vulverhempton”, “Nyukasl”, “Aston Villa”, “Əl-İttihad”, “Əl-Nəsr” və “Əl-Hilal” futbolçunu heyətinə qatmağı planlaşdırır.
“Qırmızılar” portuqaliyalı oyunçu üçün 50-55 milyon avro vəsait tələb edir.
Sport1.az