Ulduz futbolçu “Barselona”nın “radarı”na düşüb.Sport1.az xəbər verir ki, kataloniyalılar “Atletiko Madrid”in oyunçusu Yulian Alvarezi heyətinə qatmağı planlaşdırır. Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Barsa” rəhbərliyi argentinalı hücumçunun keçidi üçün yay “transfer pəncərəsi”ndə paytaxt klubuna təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Alvarez 2024/25 mövsümündə Madrid təmsilçisinin forması ilə 50 oyuna çıxıb və 27 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Sport1.az