"Sportinq"in oyunçusu 2 Premyer Liqa klubunun "radarı"na düşüb.Sport1.az xəbər verir ki, Fransisko Trinkao "Mançester Siti" və "Mançester Yunayted"in hədəfindədir. Bu barədə "A Bola" nəşri məlumat yayıb.
"Sportinq" də 25 yaşlı hücumçuya yeni müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Trinkao 2024/25 mövsümündə Lissabon təmsilçisinin forması ilə 40 oyuna çıxıb. Forvard bu görüşlərdə 9 qola, 13 məhsuldar ötürməyə imza atıb.
Sport1.az