“Marsel” ingiltərəli futbolçu ilə heyətini gücləndirməyi planlaşdırır.Sport1.az xəbər verir ki, Fransa klubu Anxel Qomesi transfer etməyi planlaşdırır. Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
24 yaşlı oyunçunun mövsümün sonunda “Lill” ilə müqaviləsi başa çatacaq.
Xatırladaq ki, Qomes 2024/25 mövsümündə 20 oyuna çıxıb və 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Sport1.az