Fatih Terim “Everton”un futbolçusunu komandasına transfer etmək istəyir.Sport1.az xəbər verir ki, türkiyəli mütəxəssis İngiltərə klubu ilə müqaviləsi bu yay başa çatacaq olan Abdoulaye Doukoureni “Əl-Şəbab”ın heyətinə qatmağı planlaşdırır. Bu barədə “Foot Mercato” məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi oyunçuya 4 milyon dollar təklif etsə də 32 yaşlı futbolçu razılaşmayıb və daha yüksək məbləğ tələb edib.
Qeyd edək ki, Abdoulaye 2024/25 mövsümündə 32 oyuna çıxıb və 4 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Sport1.az