“Bayer 04”ün ulduz futbolçusu “Liverpul”un “radarı”na düşüb.Sport1.az xəbər verir ki, “qırmızılar” Ceremi Frimponqu heyətinə cəlb etmək istəyir. Bu barədə İngiltərə mediasında məlumat yayılıb.
Hollandiyalı futbolçu ilə artıq danışıqların başlanıldığı qeyd olunub.
Xatırladaq ki, 24 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə Leverkuzen klubu ilə 48 oyuna çıxıb və 5 qola, 12 məhsuldar ötürməyə imza atıb.
Sport1.az