“Sportinq”in ulduzu 3 klubun “radarı”na düşüb.Sport1.az xəbər verir ki, Lissabon klubunun oyunçusu Fransisko Trinkao ilə İngiltərədən 3 komanda maraqlanır. Bu barədə “Cought Sport” məlumat yayıb.
25 yaşlı hücumçu “Mançester Yunayted”, “Mançester Siti” və “Arsenal”ın diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Trinkao 2024/25 mövsümündə Portuqaliya nəhənginin forması ilə 51 oyuna çıxıb və 9 qola, 18 məhsuldar ötürməyə imza atıb.
Sport1.az