Növbəti mövsüm üçün transfer axtarışlarını davam etdirən “Real Madrid” Portuqaliyaya üz tutub.Sport1.az xəbər verir ki, “kral klubu” “Benfika”nın oyunçusu Tomas Arauxo ilə maraqlanır. Bu barədə “Caught Offside” məlumat yayıb.
İspaniya nəhənginin 22 yaşlı müdafiəçinin keçidi üçün hazırki komandası ilə artıq qeyri-rəsmi danışıqlara başladığı da qeyd olunub.
Xatırladaq ki, sözügedən oyunçunun “Çelsi”nin də diqqət mərkəzində olduğu haqda xəbərlər yayılmışdı.
Tomas 2024/25 mövsümündə “Benfika” forması ilə 40 oyuna çıxıb və 1 qola, 3 məhsuldar ötürməyə imza atıb.
Sport1.az