“Tottenhem”in ulduz futbolçusu birdən-birə 3 klubun diqqət mərkəzinə düşüb.Sport1.az xəbər verir ki, İngiltərə, Almaniya və İspaniya klubları Pedro Porro üçün sıraya düzülüb. Bu barədə “Caught Offside” məlumat yayıb.
İspaniyalı futbolçu ilə “Mançester Siti”, “Bayern” və “Barselona” yaxından maraqlanır.
Qeyd edək ki, 25 yaşlı oyunçu 2022-ci ildən etibarən “Tottenhem”in formasını geyinir.
Sport1.az