"Marsell"in müdafiəçisi "Pisa" klubunun transfer siyahısındadır.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla "Pisa" yaxından maraqlanır. 27 yaşlı sağ cinah müdafiəçisinin hazırda transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, ispaniyalı ötən mövsüm meydana çıxdığı 19 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az