SON DƏQİQƏ
"Çelsi" Alfi Qilkrist ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, klubu ilə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuya “Midlsbro”dan təklif var. 21 yaşlı sağ cinah müdafiəçisinin hazırda transfer dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Şeffild Yunayted"də keçirən Qilkris meydanda olduğu 32 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.