Səudiyyə klubu portuqaliyalı yarımmüdafiəçini satmaq niyyətindədir.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla "Al-Kadşiah" yaxından maraqlanır. Adı çəkilən klub hər iki tərəflə də razılıq əldə edib. 30 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı ötən mövsüm meydana çıxdığı 40 matçda 1 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az