"Napoli" Covanni Simyone ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisi ilə gələn mövsümün sonunda müqaviləsi başa çatacaq Simyoneyə İtaliya klubu maraq göstərir. Söhbət B Seriyasında çıxış edən “Pisa”dan gedir. 30 yaşlı hücumçunun hazırda transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, argentinalı futbolçu ötən mövsüm “Napoli”nin heyətində meydana çıxdığı 33 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az