İcarə əsasında Türkiyənin “Trabzonspor” klubunda çıxış edən Andre Onana İngiltərəyə qayıtmaq istəyir.
Sport1.az xəbər verir ki, “Mançester Yunayted”dən icarə əsasında Türkiyə təmsilçisinə keçən qolkiper mövsümün sonunda yenidən Premyer Liqaya dönmək niyyətindədir. “Trabzonspor” Onananın transfer hüquqlarını almaq istəsə də, oyunçu buna yanaşmır.
Onana bu mövsüm “Trabzonspor”la 4 oyunda 5 qol buraxıb.
Sport1.az