"Yuventus" Flip Kostiç ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, komandasıyla gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla 4 klub yaxından maraqlanır.
Söhbət "Olimpiakos", "İnter", "Roma" və "Bolonya"dan gedir. 32 yaşlı sol cinah yarımmüdafiəçisinin hazırda transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Fənərbağça"da keçirən serbiyalı meydanda olduğu 37 oyunda 2 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az