“Mançester Yunayted” müdafiəçisi Harri Maquayrla müqaviləni uzatmaq istəyir.
Sport1.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Qırmızı şeytanlar” futbolçu ilə danışıqlara start verib.
32 yaşlı futbolçu 2019-cu ildən klubdadır. Maquayr bu mövsüm Premyer Liqada 6 oyunda məhsuldar ötürmə edib.
Sport1.az